***
Baba olmadı, vəba oldu.
***
Baba paltarı geyərsən,
baba olarsan.
***
Babadan hümmət – nəvədən xidmət.
***
Babanın əlindən nəvə tutar.
***
Babanın üzünü ağardan nəvəsi olar.
***
Bablı baba ilə,
su qullabı ilə.
***
Bablı babın tapmasa,
işi ah-vayla keçər.
***
Baqqal, qəssab – hər ikisi bir hesab.
***
Baqqal daşdan kəsər,
siçan baqqaldan.
***
Baqqal ölülərin borcun dirilərə yüklər.
***
Bağ alma bağlanarsan,
dağ alma dağlanarsan,
qoyun al, yağlanarsan.
***
Bağ bağbansız olmaz,
dəvə sarbansız.
***
Bağ belə, bostan belə,
tənəkləri şələ-şələ!
***
Bağ kəsmək eşşəkdən qalıb.
***
Bağ salan barın yeyər.
***
Bağ satıb, dağ alıb.
***
Bağa bağ deməyiblər, bax deyiblər.
***
Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
***
Bağbanın könlü olsa, nə gəlib bağda bara.
***
Bağa qınından çıxdı, qının bəyənmədi.
***
Bazarın bazar, qadam sənə mərdüməzər!
***
Bal tutan barmaq yalar.
***
Balıq istəyən özünü suya vurar.
***
Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
***
Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
***
Bacarana can qurban.
***
Başını keçəl eləmə,
Hər keçəlin taleyi bir olmaz.
***
Bacarıq ağılın nişanəsidir.
***
Başa dil gətirəni, el gətirə bilməz.
***
Baş-başa verməyincə, daş yerindən qalxmaz.
***
Başbilənsiz iş olmaz.
***
Başı daşa dəyməyincə, ağlı başına gəlməz.
***
Başına gələn başmaqçı olar.
***
Başında böyük danışma.
***
Başını yarıb, ətəyinə qoz tökür.
***
Belə otlayan idin, niyə arıq düşdün?
***
Beşdə alacağın yox, üçdə verəcəyin.
***
Beş günün yarağı, bir günün gərəyi.
***
Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.
***
Bədəsil əsil olmaz, boyunca qızıl qala.
***
Bəy verən atın dişinə baxmazlar.
***
Bəylə bostan əkənin tağı çiynində bitər.
***
Bənnasız divar hörülməz.
***
Bərəkət hərəkətdədir.
***
Bizim evdə də bir gün bayram olar.
***
Bikarlıq korluq (aclıq) gətirər.
***
Bildiyindən danış, bilmədiyinin səni güdaza verər.
***
Bildiyini babasına da verməz.
***
Bilmədiyini biləndən sor.
***
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
***
Bir ağızdan çıxan min ağıza yayılar.
***
Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
***
Bir ac qudurar, bir yavalac.
***
Bir buğda əkməsən, min buğda biçməzsən.
***
Bir versən bir də istər,
Yatmağa yer də istər.
***
Bir vurmaqla ağac yıxılmaz.
***
Bir qəlbi ki tikə bilmirsən, niyə yıxırsan?
***
Bir qorxaq bir ordunu bada verər.
***
Bir dadanandan qorx, bir qudurandan.
***
Bir daş altda, bir daş üstə.
***
Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.
***
Bir doğru ki, yalana oxşadı, onu deməzlər.
***
Birə bir deyiblər, birə iki deməyiblər.
***
Bir əldə iki qarpız tutmaq olmaz.
***
Bir ziyandan min böhtan doğar.
***
Bir igid qırx ildə meydana gələr.
***
Birisi minə bağlıdır, mini də birə.
***
Bir işi qurtarmamış, o biri işdən yapışma.
***
Bir işi başlamağa çalış, özü qurtarar.
***
Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.
***
Bir gözü alça dərir, bir gözü gavalı.
***
Bir gün duz yediyin yerə, qırx gün salam ver.
***
Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.
***
Bir su ki girdi qaba, oldu içməli.
***
Birlik harada, dirilik orada.
***
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
***
Bir napakdan qorun, bir də köpəkdən.
***
Bir tikəni bilməyən, min tikəni də bilməz.
***
Bitmiş işdən gül iyi gələr.
***
Bığdan götürüb, saqqala qoyur.
***
Boyunduruq bilir, öküz nə çəkir.
***
Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
***
Boşdan bir çıxar, bərkdən iki.
***
Boş çanağı vurur dolu çanağa.
***
Böyük danışanda kiçik danışmaz.
***
Böyük danışanı kiçik götürər.
***
Böyüyə hörmət vacibdir.
***
Böyüyün sözündən çıxmazlar.
***
Böyük sözünə baxmayan baxımsız qalar.
***
Böyük tökəni kiçik yığar.
***
Bu arxa bir su gəlib, ümid var bir də gələ.
***
Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
***
Buğda göstərir, arpa satır.
***
Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
***
Bu dünyada şirin şey bir anadır, bir vətən.
***
Bu əlin rənci, o ələ haramdır.
***
Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.
***
Bu günün işini sabaha qoymazlar.
***
Burda mənəm, Bağdadda kor xəlifə.
***
Burnun girməyən yerə başını soxma.
***
Bu uşaqlıq deyil, şıltaqlıqdır.
***
Bülbülü saldılar qəfəsə dedi:
"Ay vətən, ay vətən",
buraxdılar, qondu tikan koluna, dedi:
"Can vətən, can vətən