*** Çala-çala çalağan olar.
*** Çalışqan əl nəyə dəysə qızıl olar.
*** Çarx dolanar, gün keçir.
*** Çatana çatır, çatmayana bir daş atır.
*** Çıxmayan cana ümid çoxdur.
*** Çobanın meyli olsa, təkədən pendir tutar.
*** Çox qarışqa bir şiri öldürər.
*** Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
*** Çörək itirən çörək tapmaz.
*** Çox bilirsən, az danış.
*** Çox bilib az danışmaq igidin ləngəridir.
*** Çox bilən quş dimdiyindən cələyə düşər
|