***
Dağarcığını çuval yanına qoyur.
***
Dağ dağa qovuşmaz, insan insana rast gələr.
***
Dağ yeri-duman yeri,
Yurd yeri-güman yeri.
***
Dağlar başına qış,
İgid başına iş.
***
Dadanan qudurandan pis olar.
***
Daldan atılan daş topuğa dəyər.
***
Damara bax, qan al.
***
Dama-dama göl olar, axa-axa sel olar.
***
Dam dirək üstə durar.
***
Danışıq dananı qurda verər.
***
Danışmaq gümüş, danışmamaq qızıldır.
***
Danışıram pis olur,
Danışmıram his olur.
***
Dedi-qodu ev yıxar.
***
Demək olmur gözün üstə qaşın var.
***
Dedim bir ağız ağla, demədim eli güldür bizə.
***
Dedim eşidəsən, demədim öyrənəsən!
***
Deyə-deyə dilimdə tük bitdi.
***
Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
***
Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
***
Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
***
Dəvə yaxını otlar, uzağı gözlər.
***
Dəymişin qoyub, kalın dərir.
***
Dəli qazandı, ağıllı yedi.
***
Dəli qırmızı sevər, gic sarı.
***
Dəli dəlini görəndə çomağını yan tutar.
***
Dəlidən doğru xəbər.
***
Dəmir sürtüldükcə parıldar.
***
Dərvişin fikri nə isə, zikri də odur.
***
Dərviş yabısı hər evin yolun tanıyar.
***
Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır.
***
Dərviş olan dilriş olar.
***
Dərviş öz evini çiynində gəzdirər.
***
Dərdlərə dərman olub, dərmansız qalan canım.
***
Dərə xəlvət, tülkü bəy.
***
Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
***
Dil yalançı olunca, lal olsa yaxşıdır.
***
Dil yanılar, doğrusunu deyər.
***
Dil yarası qılınc yarasından yamandır.
***
Dil ürəyin açarıdır.
***
Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
***
Dini yeyib, imanını dalına alıb.
***
Diriyə hay verməz, ölüyə pay.
***
Diş tutmayanı, dodaq tutmaz.
***
Dığ-dığ adamı azara salar.
***
Dovşanı araba ilə tutur.
***
Doğma yurd şirin olar.
***
Doğru danışanın papağı yırtıq olar.
***
Doğru dostluq qərəzsiz olar.
***
Doğru elə bilər hamı doğrudur.
***
Doğru yalanı qovar.
***
Doğruya zaval yoxdur, çəksələr min divana.
***
Doğruluqla dost qapısın dolan gəl, öz evin kimi.
***
Doğru söz acı olar.
***
Doğru sözdən xəta gəlməz.
***
Doğru söz dəmiri dələr.
***
Dolunu yeyib, boşa təpik atır.
***
Dost başa baxar, düşmən ayağa.
***
Dost dost ilə tən gərək,
Tən olmasa gen gərək.
***
Dost dosta yaman gündə gərəkdir.
***
Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
***
Dost yaman gündə tanınar.
***
Dost yolunda boran olar, qar olar.
***
Dost yolunda can qurban.
***
Dostluqla tutub, düşmənliklə yıxma.
***
Dost min isə azdır, düşmən bir isə çoxdur.
***
Dostun versə qum,
Al ovcunda yum!
***
Dözən döş yeyər.
***
Duzu yeyib, duzqabını sındırır.
***
Düzdə gəzdi hərləndi.
Gəldi dağa dirəndi.
Düzlük xoşbəxtliyin açarıdır.
***
Düzlük uzanar, qırılmaz.
***
Düz sözə boynum qıldan nazikdir.
***
Düşmən zəif olsa da, ehtiyatı əldən vermə