***
Ev alma, qonşu al.
***
Ev bizim, sirr bizim.
***
Eyibli öz eybini bilsə, başına kilim örtər.
***
Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
***
El ağzını bağlamaq olmaz.
***
El ağzı faldır.
***
El arxası çəmən olar.
***
El atan daş dağdan aşar.
***
El atan daşa güc düşməz.
***
El tutanı ər tutar,
Ər atanı el atar.
***
El qapısı həm gec, həm güc açılar.
***
El bir olsa, zərbi kərən sındırar.
***
El dəlisini çölə atmaz.
***
El elə dayanıb, tənbəl indi oyanıb.
***
El elə sığışar, ev evə sığışmaz.
***
El elin aynasıdır.
***
Elə arxalanan igidin arxası yerə dəyməz.
***
Elə bilir yuxa arasında halva var.
***
Elə elə ki, nə şiş yansın, nə kabab.
***
Elə yerdə otur, altına su çıxmasın.
***
Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
***
Eli dağlamaq olmaz,
Ağzın bağlamaq olmaz.
***
Elimə qalsın, günümə qalmasın.
***
Elin eybini saxlamayan sənin də eybini saxlamaz.
***
Elin gözü sərraf olar.
***
Elin gücü bir olsa, düşməni dara çəkər.
***
Elin oğlu yumurtaya qulp taxar.
***
El keçən körpüdən qorxma, sən də keç.
***
El köcdü, oba qaldı.
***
El gözündən düşən boy atmaz.
***
El gözündən düşən gözsüz qalar.
***
El gücü, yel gücü, sel gücü.
***
Ellərə gülən canım, indi olub el gülüncü.
***
Elm ağılın çırağıdır.
***
Elmin gücü,
Yıxar bürcü.
***
El oğrusuz, çöl qurdsuz olmaz.
***
El öz dəlisini tanıyar.
***
El sevəni aləm sevər.
***
Elsiz dağ viranədir.
***
El tikəni yel yıxa bilməz.
***
El harda, sən də orda.
***
El çalan zurnanın səsi uzağa gedər.
***
Ehtiyat igidin yaraşığıdır.
***
Ehtiyatlı oğulun anası ağlamaz.
***
Eşitdiyinə inanma, gördüyünə inan.
***
Eşşək palçığa bir dəfə batar