***
Fayda - zərər hesab başında məlum olar.
***
Fayda zərərin qardaşıdır.
***
Faydasız qohumdan faydalı yad yaxşıdır.
***
Fal yox, yumurta da yox.
***
Falın faldır, fərmanın allah.
***
Fəqir əlinə baxırsa, sən cibinə bax.
***
Fəqirə axmaq deyərlər, kasıba gic.
***
Fəqirə həmdən gəlməz.
***
Fəqirin təsəllisi - ölümdür.
***
Fəqirin cibi - boş, qəlbi doludur.
***
Fələkə bel bağlamaq olmaz.
***
Fələyin beylə-beylə işləri çox, aslanı ac gəzdirər, tülkünü tox.
***
Fələyə bel bağlama, fələk quyu qazandır.
***
Fələyin qaydasıdır, dağı çəkər dağ üstdən.
***
Fələyin zoruna heç nə kar etməz.
***
Fələyin çərxi dönər.
***
Fələyin işinə bax, ayıya qaval çaldırır.
***
Fələk birin qurar, birini dağıdar.
***
Fələk güclü, mən gücsüz.
***
Fənd nə bilir fel ilə fənddə nə var?!
***
Fərə çıxdığı qabığı tanıyar.
***
Fərsiz oğuldan bir qara daş əfzəldir.
***
Fərsiz övlad altıncı barmaq kimidir, kəsərsən ağrıdar, saxlarsan - eybəcər göstərər.
***
Fikri nəysə, zikri də odur.
***
Filin gücü xortumundadır, dəvənin gücü - dizində.
***
Fırtdayıb burnundan düşüb.
***
Füzulu atdılar cəhənnəmə, dedi: - Odunu yaşdır!
***
Fürsət əldə ikən yaxşılıq eylə.
***
Fürsət hər zaman ələ düşməz.
***
Fürsəti fot eyləyən aqil deyil, divanədir.
***
Fikirdən iti gedən şey yoxdur